Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Göygöl rayonu Pənahlılar kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Göygöl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ucar Fidail oğlu Zeynalovun meyitinin qalıqları Göygöl rayonuna gətirilib.
Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Göygöl rayonunun Pənahlılar kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Ucar Fidail oğlu Zeynalov 1973-cü il martın 5-də Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.
U.Zeynalov Göygöl rayonunun Pənahlılar kəndində dəfn olunacaq.
Ordu.az