Ordu.az xəbər verir ki, dənizdəki müharibələri tamamilə dəyişdirə bilən cihaz dünya mətbuatında böyük səs-küyə səbəb olub.
Ötən ay ABŞ dəniz dibində qış yuxusuna gedə bilən futuristik sualtı insansız platorması üçün dənizdə ilk tammiqyaslı sınağını tamamlayıb.
Aviasiya nəhəngi “Northrop Grumman” tərəfindən istehsal edilən “Manta Ray” prototipi ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) daha uzun missiyaları yerinə yetirə bilən yeni sinif sualtı platformaların yaradılması layihəsinin bir hissəsidir.
Nəhəng avtonom platforma nəzarət və ya yanacaq doldurma tələb etmədən okeanda “çox uzun müddətlər boyunca” hərəkət edəcək şəkildə dizayn edilib.
Sevinc Əliyeva
Ordu.az