Ordu.az xəbər verir ki, nazirlik paylaşımda ilk Belçika qrupunun ABŞ-nin Şimali Dakota ştatındakı GA-ASI obyektlərində ilkin təlimi başa vurduğunu qeyd edib.
“Belçikanın MQ9B “SkyGuardian” PUA-sı üçün hazırlıqlar Florennes aviabazasında tam sürətlə davam edir. Şimali Dakotada “General Atomics”də aylarla davam edən təlimdən sonra ilk 6 belçikalı ekipaj təlimlərinin birinci mərhələsini başa vurub. Növbəti təlimlər ABŞ-nin Kaliforniya ştatında və Böyük Britaniyanın Uoddinqton bölgəsində davam etdiriləcək”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az