Ordu.az xəbər verir ki, müqaviləyə əsasən, KAI 20 ədəd KF-21 istehsal edəcək və sonrakı mərhələdə logistika dəstəyi, texniki təlimatlar və təlimlər verəcək.
Döyüş təyyarələri 2026-cı ilin sonunadək Koreya Hərbi Hava Qüvvələrinin (HHQ) xidmətində olacaq.
Koreya 2000-ci illərin əvvəllərində KF-16-dan daha təkmil olan öz döyüş təyyarəsini inkişaf etdirmək, çoxməqsədli döyüş təyyarəsinin ölkənin köhnə F-4 və F-5 parkını əvəz etməsini təmin etmək üçün KF-X adlı layihəyə start verib.
Koreya və İndoneziya 2010-cu ildə layihə üzrə əməkdaşlıq haqqında saziş imzalayıb. Bu müqaviləyə əsasən, Cakarta İndoneziya HHQ üçün orada istehsal olunacaq bir sıra təyyarələr müqabilində ümumi inkişaf xərclərinin 20 faizini maliyyələşdirəcəkdi.
KF-21-in hazırlanmasına 2015-ci ildə başlanılıb və 2026-cı ildə başa çatdırılması planlaşdırılır. KAI bildirib ki, KF-21-in inkişafı 80 faiz tamamlanıb, təyyarə artıq ilkin sınaq qiymətləndirmələri vasitəsilə öz performansını və sabitliyini nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az