Tayvan administrasiyası yeni piyada döyüş maşınının prototipini təqdim edib

2024/06/piyad-1719473419.jpg
Oxunub: 190     16:39     27 İyun 2024    
Tayvan administrasiyası 105 millimetrlik hücum silahına malik yeni 8 təkərli piyada döyüş maşınının prototipini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, Tayvanın mərkəzindəki hərbi obyektdə mətbuata təqdim edilən yeni zirehli vasitə “Clouded Leopard” ailəsinə aiddir və ABŞ istehsalı M1A2T “Abrams” əsas döyüş tankı ilə müqayisə oluna biləcək hücum effektivliyinə malikdir.

Ən yeni piyada döyüş maşını dörd nəfərlik ekipajla saatda 100 kilometrdən çox sürətə çata bilir.

Məlumata görə, inkişaf etdirmə işləri Tayvan administrasiyasına məxsus Milli Çunq-Şan Elm və Texnologiya İnstitutu (NCSIST) tərəfindən həyata keçirilib.

Tayvan administrasiyasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, prototip Tayvanın yüksək döyüş qabiliyyətinə və manevr qabiliyyətinə malik silahlı vasitələr inkişaf etdirmə proqramı çərçivəsində həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Administrasiya  


Bizi "telegram"da izləyin