Rusiya BMP-3 döyüş maşınlarını antidron sistemləri ilə təchiz edir

2024/06/2024--1719473363.jpg
Oxunub: 199     16:02     27 İyun 2024    
Rusiyanın dövlət tərəfindən dəstəklənən müdafiə sənayesi şirkəti “Rostec” BMP-3 piyada döyüş maşınlarında döyüş meydanında sağqalma qabiliyyətini artıran antidron tədbirlərinin ardıcıl olaraq quraşdırıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Rostec” tərəfindən istehsal edilən BMP-3-lər indi anti-kumulyativ barmaqlıqlar, zireh pərdələri, termal və radar spektrlərində görünməni azaldan “Nakidka” gizlətmə dəstləri kimi mövcud müdafiə vasitələri ilə yanaşı, antidron sistemləri ilə təchiz edilib.

“Rostec”in açıqlamasında qeyd olunub ki, bu tədbirlər vasitələrin termal kameralar kimi müşahidə cihazları ilə aşkarlanmasını çətinləşdirəcək.

BMP-3-lər həmçinin yuxarı yarımkürə mühafizə dəstləri ilə təchiz edilib və bu dəstlər onların döyüş dözümlülüyünü daha da artırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   BMP-3  


Bizi "telegram"da izləyin