Erməni ekspert: “Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” deyən, danışıqları çıxılmaz vəziyyətə salan Rusiya deyildi”

2022/09/1662189442.jpg
Oxunub: 453     21:28     27 İyun 2024    
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Qarabağı götürməsindən danışarkən, 2020-ci il noyabrın 9-dək olan vəziyyəti nəzərdə tuturdu”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan deyib.

Onun sözlərinə görə, daha sonra 2019-2020-ci illərdə danışıqların ləğv edilməsini və öz nöqteyi-nəzərindən başlamağı bəyan edən Rusiya deyildi.

“Bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə qarşı demarşa çevrildi. Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” deyən, danışıqları çıxılmaz vəziyyətə salan Rusiya deyildi. Üstəlik, bir çox məsələlərdə Rusiyanı günahlandırmaq olar. 2020-ci il noyabrın 9-dan sonrakı vəziyyətə gəlincə, həm Rusiya, həm də Ermənistan üçün kəskin və ağrılı məsələlər var. Bunları danışıqlar predmetinə çevirmək üçün masa ətrafında oturub danışmaq lazımdır”, - deyə Hovhannisyan qeyd edib.

Hovhannisyan bildirib ki, Azərbaycan Ermənistanın bir-iki kobud səhvə yol verəcəyini gözləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin