“Ermənistanın müvafiq strukturları niyə ikinci müdafiə xəttini qurmur?” - Vova Vardanov

2021/05/43534-1621511944.jpg
Oxunub: 331     16:11     27 İyun 2024    
“Atəşkəs monitorinq mexanizminin yaradılması üçün Azərbaycanın da bunu istəməsi lazımdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin qurucusu, keçmiş erməni döyüşçü, VOMA terror təşkilatının rəhbəri Vova Vardanov deyib.

“Argentina tanqosunu oynayırsansa, bu mexanizmlər işləyir, ancaq tək rəqs edirsənsə, bu, təsirsiz olacaq. Əgər dövlət qurumları, o cümlədən təhlükəsizlik qüvvələri ictimaiyyətin iştirakı olmadan gücsüz olduqlarını başa düşsələr, istədiyiniz müdaxiləyə qarşı dura bilərik”, - deyə Vardanov qeyd edib.

O bildirib ki, əsas məsələlərdə konsensus olmalıdır.

“Təhlükəsizlik məsələsi də bunlardan biridir. Ermənistan vətəndaşlarının həyatı əsas dəyərə çevrilməlidir”, - deyə erməni terrorçu vurğulayıb.

Vardanov sual verib ki, Ermənistanın müvafiq strukturları niyə ikinci müdafiə xəttini qurmur?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin