Polşa sığınacaqların tikintisinə 12 milyard dollardan çox vəsait xərcləmək niyyətindədir

2024/06/1719465067.jpg
Oxunub: 153     03:21     27 İyun 2024    
Polşa hakimiyyəti şəxsi evlərdə sığınacaqların tikintisini, həmçinin Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin xəstəxanalarında yeraltı infrastrukturun tikintisini maliyyələşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti Daxili İşlər Nazirliyinin hazırladığı “Əhalinin müdafiəsi və mülki müdafiə haqqında” qanun layihəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu məqsədlər üçün 2034-cü ilə qədər təxminən 50 milyard zloti (təxminən 12,5 milyard dollar) vəsaitin ayrılması planlaşdırılır.

Bundan əlavə, qurulacaq yeraltı tibbi-texniki infrastruktur əməliyyat otaqları, reanimasiya şöbələri və palatalarla təchiz olunacaq.

Polşa yanğınsöndürmə xidmətinin 2023-cü il üçün məlumatına görə, ölkədə sığınacaqların ümumi sayı 300 mini keçib və onların əksəriyyəti işlək vəziyyətdə deyil. Sığınacaqlar eyni vaxtda təxminən 1,1 milyon insanı yerləşdirmək üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Sığınacaq  


Bizi "telegram"da izləyin