İranın vitse-prezidenti seçkilərə bir gün qalmış namizədliyini geri götürüb

2024/06/1719465011.jpg
Oxunub: 134     02:34     27 İyun 2024    
İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

Ordu.az xəbər verir ki, siyasətçi müvafiq bəyanatı “X” hesabında paylaşıb.

Qazizadə Haşiminin sözlərinə görə, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.

O, bəyanatının sonunda İran xalqına, onun tərəfdarlarına, seçki qərargahının üzvlərinə də təşəkkür edib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki  


Bizi "telegram"da izləyin