Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür edib - VİDEO

2024/06/1719464950.jpg
Oxunub: 122     02:07     27 İyun 2024    
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AVRO-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə - Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.

Ordu.az xəbər verir ki, qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:

"Can Azərbaycandan bizim uşaqlara tam dəstək! Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib. Sağ ol, can Azərbaycan, sağ olun, Qarabağ aslanları. Biz həmişə birik!".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Nazirliyi   Azərbaycan  


Bizi "telegram"da izləyin