Hondurasın keçmiş prezidenti 45 il müddətinə azadlıqdan məhrum edilib

2024/06/1719464886.jpg
Oxunub: 139     02:11     27 İyun 2024    
Nyu-York məhkəməsi Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandezi narkotik qaçaqmalçılığı ittihamı ilə 45 il həbs cəzasına məhkum edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

ABŞ prokuroru Demian Vilyams bildirib ki, Hernandes ABŞ-a təxminən 4,5 milyard doza bərabər olan 400 ton kokainin idxalını asanlaşdırıb.

Xatırladaq ki, Xuan Orlando Hernandez 2022-ci ilin fevral ayının ortalarında Meksikada saxlanılıb. Bir ay sonra məhkəmə onun ABŞ-a ekstradisiyasına qərar verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Honduras   Prezident   Həbs  


Bizi "telegram"da izləyin