İspaniyanın Baş naziri qayınatasının ölümünə görə Aİ sammitində iştirak etməyəcək

2024/06/1719464822.jpg
Oxunub: 101     01:42     27 İyun 2024    
İspaniyanın Baş naziri Pedro Sançes həyat yoldaşı Beqonya Qomezin atasının vəfatı ilə əlaqədar 27 və 28 iyun tarixlərində keçiriləcək Avropa İttifaqının dövlət və hökumət başçılarının sammitində iştirak etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərarla bağlı Avropa hakimiyyət orqanları məlumatlandırılıb.

Vurğulanıb ki, Baş nazir sammitdə qəbul ediləcək sazişlərlə bağlı səs hüququnu Almaniya kansleri Olaf Şoltsa həvalə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya    


Bizi "telegram"da izləyin