Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Karine Atsemyan deyib.
“Hərəkatı siyasiləşdirmək olmaz” söyləmək nə deməkdir? Hər kəsə xatırlatmaq istəyirəm ki, ikinci və üçüncü prezidentlərin siyasi komandaları parlamentdə müxalifət kimi təmsil olunur. İstəsək də, istəməsək də, bu, faktdır, ona görə də siyasəti təmsil etməyən insanlara arxalanmaq siyasətin əlifbasını bilməmək deməkdir “, - deyə Atsemyan bildirib.
O qeyd edib ki, əslində indiki mərhələdə növbədənkənar seçkiyə getmək istəyənlərin məqsədi hakimiyyət dəyişikliyi əvəzinə indiki parlamentin və mövcud müxalifətin yerini tutmaqdır.
“Növbədənkənar seçki baş tutcağı təqdirdə Paşinyan keçmiş hakimiyyət nümayəndələrini istisna etmək xahişi ilə Türkiyə və Azərbaycana müraciət edəcək”, - deyə Atsemyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az