Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.
Onun sözlərinə görə, Qərbin demokratik dəyərlərin başladığını düşündüyü geosiyasi mərkəz əslində bu dəyərləri pozan addımlar atır, Qərb sistemlərinin həqiqətini şübhə altına alır.
“Son illərdə Aİ Cənubi Qafqazda Gürcüstana, eləcə də çox yaxınlarda Aİ-nin bütün istəklərini yerinə yetirən Ermənistana arxalanıb. Bununla belə, Gürcüstan hakimiyyətinin müstəqillik təzahürləri, məncə, cəzalandırılacaq və Qərbin regionda mövcudluğunu, təsirini zəiflədəcək ki, bu da beynəlxalq əhəmiyyətli hadisədir. Ancaq onu da qeyd etmək lazımdır ki, Ermənistanda bu təsir artır və Aİ-nin indiki mərhələdə Ermənistana güvənməkdən başqa yolu qalmayacaq”, - deyə Lukyanov bildirib.
Lukyanov vurğulayıb ki, bundan sonra Qərbin həyata keçiridiyi kurs daha da dərinləşəcək, bəyanatlar, təhdidlər daha çox səslənəcək.
Alpər Mövludoğlu
Ordu.az