Ermənistanda radikalların avtomobillərində və telefonlarında dinləmə cihazları quraşdırılır?

2024/06/25525-1719383712.jpg
Oxunub: 221     17:19     27 İyun 2024    
“Vətən naminə Tavus” hərəkatının bəzi üzvlərinin və tərəfdarlarının avtomobilləri bir aya yaxındır ki, hüquq-mühafizə orqanlarındadır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, hansı məqsədlə saxlanıldıqlarını soruşanda yoxladıqları cavabını verirlər.

“Bizə hüquq-mühafizə orqanlarından bildiriblər ki, onlar avtomobilləri yoxlamırlar, gizli dinləmək üçün cihazlar quraşdırırlar. Bir neçə gün “yoxladıqdan” sonra çağırırlar, avtomobili sahibinə qaytarırlar və onun daimi “yoldaşı” olurlar. Amma qanunsuzluqlar bununla bitmir. Hakimiyyətə yaxın KİV-lərdə gizli dinləmələr ortaya çıxır. “Vətən naminə Tavus” hərəkatının üzvü, “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib ki, bütün bunlardan xəbərdardır, təkcə avtomobillərə yox, telefonlara da “juçok”lar quraşdırırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavus  


Bizi "telegram"da izləyin