Azərbaycan Silahlı Qüvvələrini “Barkan”larla rəqəmsallaşdırır - PUA-larla birgə istifadə də gündəmdədir

2022/10/1666851709.jpg
Oxunub: 3911     13:52     27 Oktyabr 2022    
Oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

Səgidən verilən məlumatlara görə, Türkiyənin HAVELSAN şirkəti “Barkan” insansız quru platformasını yaxın zamanda (gələn il) Azərbaycanda sınaqdan keçirmək niyyətindədir. Şirkətinin sədri Hacı Əli Mantar məlumat verib ki, Azərbaycan Türkiyədən “Barkan” insansız quru platformaları almaq istəyir.

“Barkan”la bağlı hazırda Malayziya, İndoneziya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan, Ukrayna və Azərbaycanla danışıqların davam etdiyini bildirən Mantar, artıq Türkiyə Silahlı Qüvvələrinin inventarında bir neçə platformanın olduğunu diqqətə çatdırıb.


Ordu.az mövzunun aktuallığını nəzərə alaraq, bu məqalədə “Barkan” insansız quru platformaları haqqında məlumat verəcək.

Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsal edilən və ümumi ağırlığı 380 kq olan “Barkan” yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir. “Barkan”a müxtəlif silah və lazer inteqrasiya etmək mümkündür. PUA müxtəlif hündürlükdən kəşfiyyat məlumatlarını toplayıb robota göndərir.


Kəşfiyyat üçün nəzərdə tutulan “Baha” PUA-sı avtonom hərəkət edə, bulud altı hündürlükdə uça və “Barkan” robotu ilə birlikdə əməliyyat həyata keçirə bilər. “Barkan” robotları “Baha” adlı bulud altında uçan PUA ilə birlikdə istifadə olunacaq. “Baha” PUA-ları iki növ mühərriklə təchiz edilib. Benzinlə işləyərsə, PUA 6 saat havada qala bilir, elektrik mühərriklə 2 saat havada qalmanı təmin edə bilir. Elektrik mühərriklə 10 min fit, benzin mühərriklə 15 min fit yüksəkliyə qalxa bilir. 30 kiloqram çəkiyə malikdir, 5 kiloqram faydalı yük daşıyır. Yaralı daşımaq üçün də istifadə oluna bilən robot insanları izləmək, onların ardınca hərəkət etmək qabiliyyətinə malikdir.

Həmçinin, robot patrul etmək xüsusiyyətinə malikdir. Bir neçə vasitə bir-birilə qarşılıqlı əlaqədə hərəkət edərək patrul missiyasını yerinə yetirə bilər. Bunu xüsusilə sərhəd təhlükəsizliyinin təmin edilməsində istifadə etmək olar. Bu zaman sistem sərhədlərə əsasən öz hərəkət zolağını formalaşdırır.


“Barkan” insansız quru platformalarının “3D mapping” xüsusiyyəti mövcuddur. Yəni hərəkət etdiyi bölgənin 3D formatında xəritəsini çıxara və hərbçilərə göndərə bilər. Sistemi 80 kilometr uzaqdan idarə edə bilirik. “Barkan”ın üzərinə, həmçinin robot qol da inteqrasiya etmək mümkündür. Bununla partlayıcıların zərərsizləşdirilməsi həyata keçirilə bilər.

Robotların üzərində “Sarp” silah qülləsinin inteqrasiya ediləcəyi bildirilir. Platformalarda, həmçinin Süni Zəka texnologiyasından istifadə ediləcək.

Ümumi xüsusiyyətlər:

Ölçüləri (sm): 90x140x110
Çəkisi: 500 kq
Maksimum sürət: 13 km/saat
İşləmə müddəti: 3 saatdan çox
Mühərrik: Elektrik mühərrik
İşləmə temperaturu: - 20-dən +50 dərəcə selsiyədək


Hərəkət qabiliyyəti:

Dik yamaca: 50%
Yana: 30%
Xəndək keçidi: 60 sm
Dik maneə: 16 sm
Sudan keçmə: 40 sm


Simiz rabitə:

1 kilometrdən az məsafədə taktiki datalink
GSM rabitəsi
150 metr simli rabitə

Silah sistemi:

Gecə/gündüz müşahidə
Uzaqdan idarəetmə ilə atəş açma
Stabilizasiya və avtomatik hədəf izləmə


İdarəetmə paneli:

Əldə daşına bilər
Uzaqdan simli/simsiz idarəetmə
Avtonom vəzifə planlaşdırma


Faydalı yüklər:

7.62mm Silah Sistemi
Robot qol
40 mm qumbaraatan
Görüntüləmə sistemi (termal/gündüz)
Yük daşıma dəsti

Avtonom xüsusiyyətləri:

Avtonom patrul
GPS olmadan tapşırıq yerinə yetirmə
Maneədən yayınma
Avtonom hərəkət planı hazırlama
Rabitə itən zaman evə qayıtma
Yol təsbiti


Digər xüsusiyyətlər:

Öndə və arxada LED işıqlar
Öndə infraqırmızı işıqlar
Ön/arxa/sağ/sol kameralar
Avtonom sensorlar


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Barkan   HAVELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin