SAHA: Türkiyədə “Alpagut” adlı sursat hazırlanacaq

2022/10/ALPAG-1666791973.jpg
Oxunub: 3181     15:15     27 Oktyabr 2022    
Türiyənin ROKETSAN və STM şirkətləri “Alpagut” adlı sursatların hazırlanması üçün əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

Nəşr bildirir ki, müqavilə İstanbulda keçirilən SAHA sərgisində imzalanacaq.

Üstün texnologiyalarla təchiz ediləcək “Alpagut” qurudakı hədəfləri yüksək dəqiqliklə məhv eedə biləcək.

Haqqında hələ heç bir məlumat olmayan sursatların Türkiyə müdafiə sənayesi tərəfindən inkişaf etdirilən yeni həll olduğu təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA   Alpagut  


Bizi "telegram"da izləyin