Heç bir Rusiya, Çin və Avropa qırıcısı ABŞ Hərbi Dəniz Qüvvələrinin “Boom” sistemindən istifadə etmir. F-18, F-35B/C, “EF-Typhoon”, “Rafale,” “Jas-39”, “Su-35”, “Su-57”, “MiQ-29”, J-20, J-35 və ağlınıza gələn hər hansı digər döyüş təyyarələri “prob and drague” yəni səbət sistemindən istifadə edərək təchizatı həyata keçirir.
Hər iki sistemin müsbət və mənfi tərəfləri var. “Prob and drague”də, yəni səbət sistemində eyni vaxtda 3 təyyarəyə yanacaq doldurmaq olar, lakin ötürmə çox vaxt aparır. Eyni zamanda, ötürmə borusu tam idarə oluna bilmədiyi və çevik bir quruluşa malik olduğundan, pis hava şəraiti üçün uyğun deyil. Bu sistemin digər üstünlüyü onun aşağı əməliyyat xərcləridir. Bundan əlavə, səbət sistemi ilə bu məqsədlə istehsal olunmayan A400M kimi yük təyyarələri belə asanlıqla tanker təyyarələrinə çevrilə bilir.

“Boom”da daha sürətli (dəqiqədə orta hesabla 1-2 ton) yanacaq ötürülür və pis hava şəraitində kifayət qədər təhlükəsizdir. Ancaq eyni vaxtda yalnız bir təyyarəyə yanacaq doldurur. Eyni zamanda, “Boom” sistemində tanker təyyarəsinin arxasında operator olmalıdır. Bu sistemin digər üstünlüyü ondan ibarətdir ki, “Boom” istifadə edən tanker təyyarəsi səbət sistemindən də istifadə edərək təyyarələrə yanacaq doldura bilir. Bununla belə, səbət sistemindən istifadə edən tanker təyyarəsi “Boom” sistemi ilə yanacaqla doldurulmuş döyüş təyyarəsini yenidən təchiz edə bilməz.
Türkiyə Hərbi Hava Qüvvələrinin 101-ci Donanmasında 7 ədəd KC-135R tipli yanacaq dolduran təyyarə var. Hazırda onların modernləşdirilməsi işləri aparılır. Əldə edilən məlumatlar arasında Türkiyə Hərbi Hava Qüvvələrinin yeni tip tanker təyyarələri üçün “Airbus” A330 MRTT ilə maraqlanırlar. Türkiyə Hərbi Hava Qüvvələri hər iki sistemdə yanacaq doldurmaq imkanına malikdir. Yunanıstanın isə tanker təyyarəsi yoxdur.
Firuz Bağırov
Ordu.az