Çinin J-20 döyüş təyyarəsinin iki oturacaqlı versiyası yeni kamuflyajda görünüb

2022/08/j-20k-1660978283.jpg
Oxunub: 5384     15:20     20 Avqust 2022    
Çin Hərbi Hava Qüvvələri J-20 döyüş təyyarəsinin yeni kamuflyaja boyanmış iki oturacaqlı versiyasının fotolarını yayımlayıb

Ordu.az xəbər verir ki, bu barədə Çinin “South China Morning Post” nəşri məlumat yayıb.

2020-ci ilin avqustunda təyyarələrin istehsalçısı olan “Chengdu Aerospace” şirkəti iki mühərrikli, beşinci nəsil stels döyüş təyyarəsinin iki yerlik versiyasını hazırladığı açıqlayıb.

İkioturacaqlı təyyarələr 5-ci nəsil qırıcıların pilotlarının təlimlərində istifadə olunacaq.

J-20 dəqiq zərbə qabiliyyətinə malik hava üstünlüyü platforması kimi dizayn edilib. İlk uçuşu 11 yanvar 2011-ci ildə həyata keçirilib və rəsmi olaraq 2016-cı ildə Çin Beynəlxalq Aerokosmik Sərgisində təqdim edilib. J-20 Çin Hərbi Hava Qüvvələrində 2017-ci ilin martında xidmətə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-20  


Bizi "telegram"da izləyin