"Ən uzaq nöqtəyə" çatmaq - Çin bu dəfə Neptuna doğru uzanır

2022/09/1663924113.jpg
Oxunub: 1121     17:03     23 Sentyabr 2022    
Çin Milli Kosmik Agentliyi ( CNSA ), Çin Elmlər Akademiyası (CAS), Çin Atom Enerjisi Təşkilatı, Çin Kosmik Texnologiyalar Akademiyası və bir çox universitet və institutların hazırladığı məqalələrdə Neptunla bağlı hər şey öyrənilməyə çalışılır. Buraya almaz yağışın, Günəş sistemimizi doğuran proto-ulduz dumanlığının təbiəti və mövqeyi, planetin ən böyük peyki Tritonla bağlı qəribəliklər və s. daxildir.

Tritonun parçalanması, Neptun ətrafında bir halqa əmələ gətirməsi və ya onunla toqquşması nəzəriyyəsi var.

Təəssüf ki, missiyaların dərin kosmosa göndərilməsinin çətinliyi səbəbindən (buraya buraxılış pəncərələri, enerji təchizatı və rabitə daxildir) Neptuna yalnız bir missiya göndərilib. Bu, 1989-cu ildə NASA-nın “Voyager 2” zondunun uçuşu idi, lakin o zaman kompüter və peyk rabitəsi texnologiyasının zəif olması səbəbindən topladığı məlumatların əhatə dairəsi məhdud olub.

Məqalənin aparıcı müəllifi, "Beihang" Universitetinin Astronavtika Məktəbinin və CNSA-nın Elm və Texnologiya Departamentinin (DST) nümayəndəsi Quobin Yu on beş il ərzində elektrik enerjisi və hərəkəti etibarlı şəkildə təmin etmək üçün nüvə enerjisini tövsiyə edir.

Onlar müəyyən ediblər ki, 10 kilovat enerji (kVt) gücünə malik Radioizotop Termoelektrik Generator (RTG) kifayətdir. Bu nüvə batareyası radioaktiv materialın parçalanmasından gələn istiliyi elektrik enerjisinə çevirir.

Kosmik gəmi həmçinin planeti, onun sistemini və obyektlərini öyrənmək üçün bir neçə alət daşıyacaq. Buraya planetin içini öyrənmək üçün Neptun Atmosfer Zondunu (NAP) və peykin qabığını tədqiq edəcək Triton Penetrasiya Zondu (TPP) daxildir.

Daha kiçik peyklər ("CubeSats" və ya nanopeyklər) həmçinin “Main Belt” asteroidini və “Centaur” asteroidini araşdırmaq üçün yol boyunca yerləşdiriləcək.

NAP Neptunun daxili quruluşunu və tərkibini, maqnitosferini və ionosferini öyrənəcək. Neptunun daxili hissəsinin tədqiqi planetin nə üçün Saturndan çox kiçik olduğunu, lakin kütləsinin iki dəfədən çox olduğunu izah edə bilər.

Neptunun atmosfer tərkibi haqqında daha çox bilmək onun Uranın atmosferindən nə ilə fərqləndiyini də aşkar edəcək (eyni şəkildə mavi, lakin daha açıq).

Neptunun ən böyük peyki Tritona gəlincə, onun orbitinin planetin fırlanmasının əksinə olan istiqaməti Tritonun Kuiper qurşağında əmələ gələn cırtdan planet ola biləcəyi nəzəriyyəsini sübut edə bilər. Onun Plutona bənzər tərkibi yenə də bu nəzəriyyəyə inam verir.

Astronomlar Tritonun Kuiper qurşağından çıxdığını və Neptunun cazibə qüvvəsi ilə tutulduğunu, bunun nəticəsində Neptunun mövcud peyklərini parçalayaraq yeni, daha kiçik peyklər əmələ gətirdiyini söyləyirlər.

Əsas vəzifələrə planet halqalarının və onların daxili “Shepherd” peyklərinin tam siyahısını yaratmaq, müxtəlif orbital tipli planetar halqaların xüsusiyyətlərini, əmələ gəlmə mexanizmini, material mübadiləsini və qaz nəqlini öyrənmək, müxtəlif göy cisimlərinin mənşəyini təhlil etmək və mümkün üzvi maddələri aşkar etmək daxildir.

Çinin Kosmik Agentliyi son illərdə sözün əsl mənasında ciddi adımlar atıb. Onlar Ayın uzaq tərəfinə gedib, Mars roverini qurublar, kosmik stansiyaya sahibdirlər və Rusiya ilə birgə ay bazası qurmağı planlaşdırırlar.

NASA-nın “Voyager 1”indən sonra Çin xarici Günəş sisteminə çatan ilk ölkə olacaq. “Voyager 1” 1977-ci ildə buraxıldı. Özlüyündə nailiyyət deyil olmasa da, yer üzünə qayıtması nəzərdə tutulmayan bir kosmik gəminin təbii nəticəsi idi. Səyahət qorxunc olduğu qədər də valehedici idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Neptun  


Bizi "telegram"da izləyin