11 il öncəki ölümcül texnoloji inkişaflar

2021/03/433-1615974507.jpg
Oxunub: 11833     15:09     17 Mart 2021    
Müdafiə texnologiyaları həmişə kütləvi elmi irəli aparır. Bu məqalədə, 11 il öncə təqdim edilən ən orijinal və inanılmaz hərbi yenilikləri sadalayacağıq.

Kütləşdirən şüa

Pentaqon gələcəyin silahlarını inkişaf etdirməyə çox vəsait xərcləyir. Ən qeyri-adi, bəzən, hətta insanı ruhdan salan layihələrin "qələmdən çıxması" təəccüblü deyil. Məqsədi "beyinə təsir göstərməklə düşmənin təsirini azaltmaq" elan edilən bioloji silahların istehsalına 50 milyon dollardan çox sərmayə qoyuldu.

Faktiki olaraq burada xüsusi kimyəvi maddələrdən istifadə etmədən hazırlanan, düşməni "kütləşdirən" silahlardan danışırıq. Effektə istiqamətli şüalanmadan istifadə etməklə nail olunmalıdır.

"Dəmir Adam 2"

"Raytheon" tərəfindən hazırlanan yeni nəsil XOS 2 ekzoskeleti istənilən əsgəri bir neçə dəfə daha güclü edəcək. O, demək olar ki, "Iron Man" kostyumuna bənzəyir. Tərtibatçıların fikrincə, ekzoskeletlərdəki əsgərlər əhəmiyyətli dərəcədə sürətlənəcək, həmçinin su, yanacaq və sursatın yüklənməsi və boşaldılması asanlaşacaq. Çünki XOS 2 yüzlərlə kiloqram ağırlığında olan mərmi və hətta təyyarə raketlərini daşımağa imkan verir. Dəmir kostyumun özü cəmi 88.5 kq kütləyə malikdir ki, bu da iki il əvvəl təqdim olunan ilk nəsil XOS-dan 10% azdır. Eyni zamanda, yeni kostyum 30% daha səmərəlidir və 50% daha az enerji sərf edir.

Dünyadakı ən güclü top

10 il öncə, Milad bayramından iki həftə əvvəl ABŞ hərbçiləri partlayıcı maddələrdən istifadə etmədən 2.5 km/s-dən çox sürətlə 200 km məsafəyə mərmilər göndərən relsə quraşdırılan elektromaqnit topunu uğurla sınaqdan keçirdi. "Relsotron" (video oyunlardan alınan elektromaqnit rels silahı üçün qeyri-rəsmi addır), nüvə silahı istisna olmaqla, artıq yer üzündə ən güclü silah adlandırılır. Gələcəyin silahları ABŞ Hərbi Dəniz Qüvvələrinin iri hərbi gəmilərinə quraşdırılması üçün nəzərdə tutulub. Hər hansı bir hədəfi məhv etmək üçün onun kinetik enerjisi kifayət qədər olacaq. Hədəf vurulduqda heç bir partlayış olmur, lakin ən davamlı hədəf (obyekt) sadəcə çökür. Mütəxəssislər bu texnologiyanın köməyi ilə 2025-ci ilədək zərbə enerjisinin ikiqat artırılmasına nail olunacağını söyləyirlər.

Ağrılı mobil telefonlar

İngilis alimləri ən geniş 1-100 GHz diapazonunda işləyəcək PSiAN (Plasma Silicon Antenna) plazma anteninin işçi nümunəsini hazırlayıblar. Adi antenalar artıq belə tezliklərə uyğun deyil, çünki siqnal tez bir zamanda sönür. Yeni məhsulun bir üstünlüyü də bərk antendə hərəkətli hissələrin olmamasıdır. Ultramodern enerji silahına çevriləcək yeniliyi cib telefonuna quraşdırmaq da asan olacaq. İş ondadır ki, potensial olaraq anten "ağrı şüaları" yaya bilər. Bu 64 GHz tezlikli radiasiya, zərərçəkmiş şəxsin dərisi tərəfindən sorulur, dözülməz ağrılara səbəb olur, lakin buna baxmayaraq ki, ciddi zərər vermir. Hazırda oxşar silahlar mövcuddur, lakin bunlar xüsusi bir yük maşınının üzərində qurulan çox böyük qurğulardır.

Zirehli divar kağızları

Otağı "X-Flex" divar kağızı rulonları ilə yapışdırsanız, otaq dərhal ən gizli hərbi toplantıları keçirmək üçün mükəmməl qorunan bir sığınacağa çevriləcək. Bu divar kağızının poladdan bir neçə dəfə yüksək gücə malik olan kevlar sintetik lifinə bənzər bir maddə üzərində qurulduğu bilinir. "X-Flex" yüksək seysmik sonada, hava limanlarında, kimya zavodlarda istifadə edilə bilər. Bundan əlavə, ABŞ hərbi qüvvələri Orta Şərqdəki bütün hərbi bazalarını yüksək texnologiyalı divar kağızı ilə yapışdırmaq niyyətindədir.

Lazer yarışı

Gələcəyin müharibələrinin lazersiz olması nə deməkdir? 2010-cu ilin yaz aylarında ABŞ lazer topunun prototipini uğurla sınaqdan keçirdi - lazer şüalarından istifadə edilərək dörd ədəd pilotsuz uçuş aparatı vuruldu. Sınaqlar zamanı 32 meqavatlıq lazerin ilk yönləndirilən şüası təxminən üç kilometr məsafədə uçan və uzaqdan idarə olunan vasitəni məhv edə bildi.

10 il öncə, payızın əvvəlində isə Rusiya Baş Qərargahının nümayəndələri sabiq prezident Dmitri Medvedevi dünyada ilk dəfə döyüş lazerini silahlanmaya Rusiya ordusunun qəbul edəcəyinə inandırdılar. Lakin həmin ilin oktyabr ayında "Boeing" yüksək enerjili HEL TD lazerinin HEMTT ağır taktiki yük maşınına quraşdırıldığını elan etdi. Bu mərmi, mina və digər kiçik həcmli döyüş sursatlarını ələ keçirmək üçün hazırlanan CRAM artilleriya sistemini əvəz etməlidir.

Uçan "Bulava"

Rusiya hərbi texnologiyasının çoxdan gözlənilən bir yeniliyi - "Bulava" strateji raketi 2010-cu ildə uğurla uçdu, özü də iki dəfə ardıcıl. Dəniz bazalı P30 3M30 "Bulava-30" qitələrarası ballistik raketinin inkişafı 1998-ci ildə başlayıb. Bir raket hündürlüyə və kursa görə uçuş yolunu dəyişdirə bilən on ədəd manevr edən hipersəs nüvə bloklarını daşıya bilər. Aşağı hündürlüklü uçuş profilinə malikdir. Maksimal uçuş məsafəsi 8 min km-dir, idarəetmə sistemi ətalətlidir, faydalı yükü 1.15 tondur, atıcı konteynerindəki uzunluğu 12.1 m, döyüş başlığı olmadan uzunluğu isə 11.5 metrdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Texnologiya  

11 il öncəki ölümcül texnoloji inkişaflar

2021/03/433-1615974507.jpg
Oxunub: 11834     15:09     17 Mart 2021    

Bizi "telegram"da izləyin