Artilleriya divizionunda xidmət edən erməni hərbçilər koronavirusa yoluxub

2020/03/22460-1585460256.jpg
Oxunub: 27600     14:28     17 İyun 2020    
İşğal edilmiş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyanın D-20 artilleriya divizionunda xidmət edən bütün şəxsi heyət koronavirus testindən keçirilib.

Ordu.az xəbər verir ki, hələlik 8 nəfər hərbçinin testi müsbət çıxıb. Onlar karantinə alınsalar da vəziyyətləri tibb işçiləri tərəfindən orta ağır qiymətləndirilir.

Qidaların keyfiyyətsizliyi, əsgərlərin immunitetinin zəif və tibbi təminatın yarıtmaz olması səbəbindən virusa yoluxan hərbçilərin vəziyyətinin orta ağır olaraq qalacağı və müalicələrinin uzun müddət davam ediləcəyi bildirilir. Yoluxanlar arasında zabit və müqaviləli hərbçilər də var.

Həkimlərin qənaətinə görə, şəxsi heyəti yoluxduran isə yanğından mühafizə manqasının hərbçisi sıravi Andranik Simonyandır. Hərbi qulluqçu A.Simonyanın bu yaxınlarda yaxın qohumunun ad günü münasibətilə təşkil edilən qonaqlıqda iştirak etdiyi və özünün də məhz orada yoluxduğu ehtimal edilir.

A.Simonyanın daha kimlərlə kontaktda olduğu öyrənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koronavirus   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin