Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hesabatı Ermənistan Baş prokuroru Artur Davtyan təqdim edib.
O bildirib ki, 2019-cu ildə Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi qanunsuz “hərbi birləşmə”də 49 hərbi qulluqçunun ölüm halı qeydə alınıb, bunlardan 20-si hərbi xidmət keçməklə bağlı olub. 29 ölüm halı isə hərbi xidmətlə əlaqəli olmayan hallarda baş verib.
“Müqayisə üçün qeyd edək ki, 2018-ci il ərzində 63 hərbi qulluqçunun ölüm halı qeydə alınıb, bunlardan 38-i hərbi xidmət keçməklə əlaqədar olub”, - deyə Davtyan qeyd edib.
Davtyan vurğulayıb ki, araşdırmalar çərçivəsində dövlətə dəymiş təxminən 12 milyard dram ziyan qeydə alınıb.
Alpər Mövludoğlu
Ordu.az