Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı siyasi analitik Aleksandr Skakov Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə bağlı son bir sıra maraqlı bəyanatlara toxunarkən bildirib.
Skakov qeyd edib ki, hazırda tərəflər üçün əlverişli həll yoxdur, çünki bu həll üçün tərəflərdən qarşılıqlı məqbul və ağır güzəştlər tələb olunur.
Onun sözlərinə görə, problemin mərhələli və paket həldə, yaxud güzəştlər balansının dəqiqləşdirilməsində olduğunu söyləmək yanlışdır.
“Bu vəziyyətdə mərhələli və ya paket həlli müzakirə etməyi mənasız hesab edirəm, tərəflər bu güzəştlərə hazır olanda, cəmiyyətlər də onlara hazır olanda bu məsələlər ikinci plana sürüklənəcək, çünki əsas məsələlər razılaşdırılmış olacaq, onlar da bütün tərəflərə sərfəli olacaq”, - deyə o bildirib.
Skakovun sözlərinə görə, rus tərəfi hər hansı yenilik orta çıxarmayıb, danışıqlar zamanı həmişə hansısa məsələlər, təkliflər və sənədlər müzakirə olunub.
Rusiyalı siyasi analitik qeyd edib ki, rus tərəfi həmişə bunların birgə təkliflər olduğunu vurğulayıb, yəni Rusiya heç vaxt Minsk qrupundan ayrı hərəkət etməyib.
Alpər Mövludoğlu
Ordu.az