Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əsgərin ölüm hadisəsindən bəzi detallar məlum olub.
İlkin məlumatlara görə, əsgərə öz xidmət yoldaşı atəş açıb. Xidmət yoldaşı hüquq-mühafizə orqanlarına bildirib ki, öldürmək niyyəti olmayıb.
Əsgərin dediyinə görə, o və Henrik Aramyan bir-biri ilə zarafat ediblər, o silahda güllə olmamasından əmin olub, silahı dostunun üzərinə tuşlayıb və atəş açıb, nəticədə Henrik Aramyan ölüb.
Aramyan Ermənistanın Loru vilayətinin Quqark icmasındandır. İcma rəhbəri Aşot Aşuğyan bildirib ki, Aramyan bir il yarımın hərbi qulluqçusu idi.
“Özləri üçün işləyən, yaşayan ailədirlər, bir qardaşı və bir bacısı var, bacısı tələbədir”, - deyə kənd rəhbəri bildirib.

Alpər Mövludoğlu
Ordu.az