Ordu.az-ın Qərb bürosunun verdiyi məlumata görə, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi , rayon ictimaiyyətinin nümayəndələri və sakinlər şəhidlər xiyabanına gələrək şəhidlərin əziz xatirəsini yad ediblər.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından start götürən anım tədbirlərində 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra şəhidlərin ruhuna fatihə sürəsi oxunub. Himnimiz səsləndirilib. Daha sonra insan izdihamı ziyarətə başlayıb.
Ziyarət ərəfəsində rayon gənclərindən ibarət könüllülər hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndiriblər.
Cümşüd Məmmədov
Ordu.az