Şəmkir rayonundan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola düşüb - FOTOLAR

2020/01/82292-1578898040.jpg
Oxunub: 30903     10:45     13 Yanvar 2020    
Şəmkir rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi keçirilib.

Ordu.az-ın Qərb bürosu xəbər verir ki, çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri eləcə də müharibə veteranları, valideynlər və gənclər yola salıblar.

Çıxış edənlər gənclərə hərbi xidmətə yola düşmələri münasibətilə təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə ediblər.

Vətən borclarını yerinə yetirən gənclər də bu günü heç zaman yaddan çıxarmayacaqlarını deyirlər.

Çağırışçlar tədbir iştirakçılarını əmin ediblər ki, Azərbaycan əsgəri adını şərəflə daşıyacaq və torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının qisasını alacaqlar.

Təntənəli mərasim geniş konsert proqramı ilə davam edib.

Sonda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəmkir   Çağırış  


Bizi "telegram"da izləyin