Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib - FOTOLAR+VİDEO

2019/12/39655-22089046462.jpg
Oxunub: 1820     14:39     31 Dekabr 2019    
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni xidməti mənzillərin təqdimetmə mərasimində iştirak edib.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iki hektardan çox ərazidə inşa edilən ailəli və subay hərbi qulluqçular üçün nəzərdə tutulan iki və üçotaqlı təmirli mənzillərdən ibarət binalar lazımi kommunikasiya sistemləri ilə təchiz olunub. Ərazidə abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb.

Tədbir iştirakçılarını yeni mənzillərin verilməsi ilə bağlı təbrik edən Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların xidməti-məişət şəraitinin yaxşılaşdırılması ölkəmizin iqtisadi qüdrətinin və Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür.

Mənzillər təqdim edilən hərbi qulluqçular bayram günü ailələrinə bəxş edilən sevincə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: MN   Xidməti-mənzil  

Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib - FOTOLAR+VİDEO

2019/12/39655-22089046462.jpg
Oxunub: 1821     14:39     31 Dekabr 2019    