AAHM-in kursantlarının intensiv hazırlığı həyata keçirilir - VİDEO (FOTOLAR)
Oxunub: 31639
17:08
20 Dekabr 2019
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.
Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səhra şəraitində keçirilən məşğələlər zamanı kursantlar şərti düşmən hədəflərinin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.
Gələcək zabitlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərin sonunda kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.