Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, 2016-cı il mayın 24-də mövqelərin birindən minalanmış əraziyə daxil olan və nəticədə sağ ayağını itirən müddətli hərbi qulluqçu Mkrtç Petrosyanın “ArmLur.am” nəşrinə açıqlamasında məlum olub.
O bildirib ki, mina partlaması nəticəsində ayağından yaralanıb, daha sonra sağ ayağı dizdən aşağı kəsilib.
“Düzünü desəm, ayaq nahiyəmdə ağrılarım var, çünki sümük böyüyür, protez daşımaqda mənə mane olur və hərəkət etmək prosesini daha da çətinləşdirir. İldə bir-iki dəfə əməliyyat olunmağa məcburam”, - deyə ayağını itirmiş erməni hərbi qulluqçu bildirib.
Qeyd edək ki, Mkrtıç ikinci dərəcəli əlildir, 43 min dram (153 manat 62 qəpik) pensiya alır.
Alpər Mövludoğlu
Ordu.az