ABŞ qüvvələri tərəfindən şənbə günü İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadiyə qarşı keçirilən əməliyyatda terrorçunun tunelə daxil olmasına və orada özünü partlatmasına səbəb olan itə “Konan” adı verilib.
Ordu.az xəbər verir ki, ABŞ prezidenti Donlald Tramp öz “Twitter” hesabında itin fotosunu yayımlayıb.
Konan “Əl-Qaidə” terror təşkilatının rəhbəri Usamə bin Ladenin ölürülməsi əməliyyatında iştirak edən itlə eyni - Belçikanın “Malinois” cinsindəndir.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Foto
Teqlər:
Bağdadi
Konan