Beynəlxalq hərbi təlimlərin fonunda Azərbaycan necə görünür? – ANALİZ

2019/10/db41c-1570002734.jpg
Oxunub: 2135     11:46     02 Oktyabr 2019    
Azərbaycan Ordusu üçün sıxlaşan hərbi təlimlər qrafiki…

Son zamanlar Azərbaycan Ordusunun aktiv şəkildə beynəlxalq səviyyəli hərbi təlimlərdə işitirak etməsi, Azərbaycan hərbiçilərinin dünyanın ən güclü dövlətlərinin hərbiçiləri ilə bir sırada dayanması daha çox diqqət çəkməyə başlayıb. İstər Rusiya, istərsə də Qərb dövlətlərinin təşkilatçılığı ilə keçirilən hərbi təlimlərdə, ordu-idman yarışlarında Azərbaycan Ordusunun qazandığı nailiyyətlər belə deməyə əsas verir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, şəxsi heyətin bilik və bacarığı, ordu qüvvələrinin idarəetmə səviyyəsi artırılıb, beynəlxalq hərbi tələblərə tam cavab verir.

Digər tərəfdən, dünyanın müxtəlif yerlərində Beynəlmiləl Sülhməramlı Qüvvələrin sıralarında Azərbaycan Ordusunun da təmsil olunması ölkəmizin beynəlxalq siyasi arenada söz sahibi olan ölkələr tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasının bariz nümunəsidir.

İstər ümumqoşun təlimlərinin, istər regional və NATO səviyyəli birgə praktik məşğələlərin intensivləşməsi hansı zərurətdən irəli gəlir?

Görünən və görünməyən gələcəyə güc hazırlığı…

Müasir dünyada baş verən siyasi proseslərin pərdəarxası məqamlarını nəzərə alsaq görərik ki, Yer kürəsinin nəhəng dövlətləri arasında yüksələn xətt üzrə inkişaf edən siyasi-iqtisadi münasibətlər həm də müəyyən mənada ciddi gərginliklərin, regional münaqişə ocaqlarının meydana gəlməsinə səbəb olur. Düzdür, bu münaqişələr müəyyən güc mərkəzləri tərəfindən süni şəkildə yaradılır və gələcəyə hesablanmış siyasi-iqtisadi platformaların icrası üçün kilid-açar rolunu oynayır. Maraqlıdır ki, son illər daha çox Yaxın Şərq bölgəsində və daha çox ərəb ölkələrində yaradılan münaqişə ocaqları milli-etnik qarşıdurmadan daha çox terror qruplaşmalarının və ya qanunsuz silahlı birləşmələrin meydana gəlməsi və onlar arasında qanlı qarşudurmaların sürətlənməsi ilə müşayiət olunur. Deməli, terror təşkilatları və ya qanunsuz silahlı qruplaşmaların region ölkələrinə yayılması, həmçinin onların qarşıdurmalarından törəyən qığılcımların sabit həyat tərzi sürən bölgələrə sıçraması ehtimalı artır.

Milli xəzinəni və regional sabitliyi qorumaq məsuliyyəti

Özünün təbii sərvətləri və iqtisadi resursları, həmçinin coğrafi mövqeyi ilə strateji əhəmiyyətə malik olan Azərbaycan, söz yox ki, daha çox iqtisadi və hərbi gücə yiyələnmək uğrunda mübarizə aparan tərəflərin maraq dairəsindədir. Bu baxımdan da, Cənubi Qafqaz Respublikalarında xarici və daxili təhlükəsizlik məsələsi aktuallaşır. Azərbaycan özünün siyasi-iqtisadi sabitliyinə xələl gətirə biləcək bütün amilləri qarşılamaq üçün Ermənistan istisna olmaqla, həm qonşu dövlətlərlə, həm də dünya ölkələri ilə diplomatik münasibətlərini dostluq və tərəfdaşlıq müstəvisində qurmaqla yanaşı, öz ordusunun döyüş qabiliyyətinin artırılması, müasir silah-sursat və texnikalarla təchiz olunması siyasətini yürüdür. Azərbaycan Respublikasının öz Silahlı Qüvvələrini, məhz müdafiə və təhlükəsizlik maraqları çərçivəsində müasir tələblərə uyğun silahlandırması nəhəng dövlətlər və beynəlxalq hərbi təşkilatlarda nəinki narahatlıq yaradır, əksinə, beynəlxalq və regional təhlükəsizlik məsələlərində onlara rəsmi Bakı ilə əməkdaşlıq üçün əlverişli imkan yaradır.

Etibarlı tərəfdaşlığa doğru uğurlu addımlar-ara verməyən hərbi təlimlər

Cənubi Qafqaz regionunun ən güclü dövləti olaraq, Azərbaycan NATO-nun, eləcə də rəsmi Moskvanın maraqlarını özünün siyasi-iqtisadi mövqeyində sintez edərək bölgədə təhlükəsizlik məsələlərində region ölkələrlə, həm də Qərblə hərb-strateji əlaqələrini genişləndirir. Bu isə o deməkdir ki, rəsmi Bakı dünyada baş verən hadisələrə həssas yanaşır və siyasi, iqtisadi, hərbi prosesləri düzgün qiymətləndirə bilir.

Təkcə son üç ay ərzində Azərbaycanın qonşu Rusiya, Türkiyə və Gürcüstanla birgə keçirdiyi təlimlərin xarakteristikasına və təyinatına nəzər salsaq görərik ki, Azərbaycan Ordusu özünü müvafiq bölmələrinin terrorla mübarizə, beynəlxalq əhəmiyyətli infrastrukturların qorunmasında operativlik, təhdidlərə operativ reaksiya sahəsində təkmilləşdirir, öz hərbi strukturlarının döyüş qabiliyyətini, taktiki-manevr imkanlarını və müasir silahlanma proseslərini tam yeniləşdirmək kursunu əsas götürür.

Azərbaycanda keçirilən hərbi təlimlərin NATO-nun bölmələri tərəfindən qiymətləndirilməsi, NATO ölkələrinin yüksək rütbəli zabitlərinin bu təlimlərdə müşahidəçi qismində iştirakı, nüvə silahına malik yeganə müsəlman ölkəsi olan Pakistanın gələcəkdə Azərbaycanda keçiriləcək təlimlərə qatılmaq istəyi, rəsmi Bakı ilə bu sahədə əməkdaşlığa maraq göstərməsi, təbii ki, son illərdə Azərbaycanda ordu quruculuğunun hansı səviyyə çatdırılması ilə yanaşı, həm də dünyada baş verən siyasi proseslərin yönələ biləcəyi məcraların ştrixlərindən xəbər verir.

Xoş olmayan “Şərq küləkləri”nə qarşı genişlənən reaksiya imkanları

Digər tərəfdən, coğrafi baxımdan Azərbaycandan o qədər də uzaq olmayan yaxın şərqdə və ərəb respublikalarında baş verən siyasi proseslər, hərbi qaşıdurmalar, qonşu İran Islam Respublikasi ilə dünyanın hegemon dövləti olan Amerika Birləşmiş Ştatları arasındakı gərginlik, müharibə ritorikası, Suriya probleminin hələ də qaranlıq dalanlara dirənməsi, Türkiyənin xaricdə və öz daxilində terror qruplaşmalarına qarşı mübarizəsi, eləcə də Qarabağ müharibəsinin hər an yenidən geniş miqyaslı əməliyyatlara çevirilmə ehtimalı rəsmi Bakını dünyada baş verə biləcək istənilən geopolitik dəyişikliyə hazır olmağa vadar edir.

Bunun üçünsə, Cənubi Qafqazda əsas güc mərkəzi hesab olunan Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin qarantı kimi güclü olmağa və dünyada baş verən hərbi texniki inkişafla ayaqlaşmağa qadir olmalıdır.

Məhz bu səbədən, 2019-cu ilin ikinci yarısından etibarən Azərbaycan daha mürəkkəb və dünya miqyaslı hərbi təlimlərə qoşulur, öz ordusunun gücləndirilməsi, hərbi qulluqçularının müasir hərb elminə yiyələnməsi istiqamətində tədbirlər həyata keçirir.

Hər gün daha çox artan nüfuz və güclənən beynəlxalq etimad

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci beynəlxalq müdafiə forumunda Azərbaycan hərbiçilərinin dəvət olunması, 88 ölkədən 194 yüksək rütbəli dinləyici qarşısında Azərbaycan zabitinin “Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda çıxışını missal göstərmək olar ki, bu da Azərbaycan Ordusunun beynəlxaq səviyyədə nüfuzunun artmasını ortaya qoyur.

Təkcə bu ilin iyun ayından etibarən Azərbaycanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və Bakıda keçirilən “Beynəlxalq Ordu Oyunları-2019” təlim-yarışları, Azərbaycanda Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə keçirilən “TurAz Qartalı-2019” təlimi, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbiçilərinin iştirakı ilə keçirilən “Eternity-2019” təlimi, Azərbaycan Ordusunun NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində NATO qiymətləndirməsi üzrə təlimi, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun ƏİK kəşfiyyat bölüyünün 2-ci səviyyəli və Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi təlimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə keçirilən geniş miqyaslı əməliyyat-taktiki təlimləri, ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction-19” çoxmillətli briqada taktiki təlimi, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi belə deməyə əsas verir ki, Azərbaycan dünyanın bugünkü siyasi, iqtisadi, hərbi mənzərəsində baş verə biləcək istənilən dəyişikliklərə diplomatik və hərbi cəhətdən tam hazırdır.

Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu   Təlim  

Beynəlxalq hərbi təlimlərin fonunda Azərbaycan necə görünür? – ANALİZ

2019/10/db41c-1570002734.jpg
Oxunub: 2136     11:46     02 Oktyabr 2019    