" Ordu " sözünə uyğun nəticə tapıldı!

"Ordu" - (40170 )

Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsinin həllində tərəflərə dəstək vermək öhdəliyinə sadiq qalır

2019/11/us_st-1572932512.jpg
Oxunub: 286     11:42     31 Mart 2020    
Tramp administrasiyası işğal altında olan Qarabağda həyata keçirilən minatəmizləmə proqramına xitam verilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri ABŞ Dövlət Departamentinə sorğu göndərib.

“Məgər proqramın dayandırılması danışıqlar prosesinə təsir etməyəcək və ya ABŞ-ın münasibəti haqqında sübut vermir? Xüsusilə daha sonra nəşr olundu ki, dövlət katibinin qanunvericilik məsələləri üzrə köməkçisi Meri Elizabet Teylor və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin qanunverici və ictimai məsələlər üzrə menecer köməkçisi Riçard K.Parker yazıb: “... agentliklərimiz ABŞ tərəfindən verilən yardımın maliyyəsi üçün imkan görür. Bu, əhalinin sülhə hazırlanması kimi Dağlıq Qarabağda yaşayan şəxslər üzərində daha böyük təsirə malik ola bilər””, - deyə nəşrin sorğusunda qeyd olunub.

ABŞ Dövlət Departamentindən sorğuya aşağıdakı şəkildə cavab verilib:

“Təxminən 20 il uğurlu əməkdaşlıq və 17 milyon ABŞ dollarından artıq investisiya nəticəsində ABŞ maliyyəsi ilə “HALO Trust” şirkəti tərəfindən həyata keçirilən minatəmizləmə işləri bölgənin mina çirkliliyinin azaldılması məsələsində qətiyyətli təsirə malik olub.

Birləşmiş Ştatlar hökuməti bu nailiyyəti fəxrlə qeyd edir və Dağlıq Qarabağa edilən dəstəyi “HALO Trust” şirkəti tərəfindən həyata keçirilən minatəmizləmə işlərindən əhalinin sülhə və daha firavan gələcəyə hazırlanması kimi proqramlara yenidən yönəldir.

ABŞ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinə davamlı və hərtərəfli həll tapmaq məsələsində tərəflərə dəstək vermək öhdəliyinə sadiq qalır. Birləşmiş Ştatlar hökumətinin dəstəklə bağlı qərarları bu öhdəlikdən, eləcə də ABŞ-ın bölgədəki strateji prioritetlərindən irəli gəlməyə davam edəcək. Ermənistanın mövcud islahatlarına dəstək vermək bu prioritetlərin arasındadır”.

Ordu.az




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Departament   İşğal   Qarabağ