ANAMA ay ərzində 579 ədəd partlamamış hərbi sursat aşkarlayıb - FOTO

2019/10/anama-1569906226.jpg
Oxunub: 1353     10:39     01 Oktyabr 2019    
ANAMA 2019-cu ilin sentyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a bildirilib ki, 2019-cu ilin sentyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 930 098 m² (93,01 ha) ərazi yoxlanılmış, 579 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 581 ədəd), 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 461 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 537 807 552 m² (53 780,76 ha) ərazi təmizlənmiş, 804 850 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

Sentyabr ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 1 (bir), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 11 (on bir), Dövlət Sərhəd Xidmətindən (DSX) - 7 (doqquz) müraciət daxil olmuşdur (cəmi: 19 çağırış). Müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Goranboy, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 21 095 kv.m ərazi yoxlanılmış, 67 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 69 ədəd), 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər:

ANAMA ay ərzində 579 ədəd partlamamış hərbi sursat aşkarlayıb - FOTO

2019/10/anama-1569906226.jpg
Oxunub: 1354     10:39     01 Oktyabr 2019    