“Babək 44”ün şəxsi heyətinin Tərtərdə görüşü təşkil edilib - FOTOLAR

2019/09/71674-6279312764.jpg
Oxunub: 2256     11:18     30 Sentyabr 2019    
Qarabağ müharibəsinin ilk illərində - 1992-ci ildə yaradılmış “Babək 44” taborunun şəxsi heyətinin Tərtərdə görüşü təşkil edilib.

Ordu.az-ın məlumatına görə, Müdafiə Nazirliyi, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyi və Tərtər Rayon İcra Hakimiyyəltinin birgə təşkilatçılığı ilə keçirilən tədbir rayonun girişində döyüşçülərin toplaşması ilə start götürüb.

Ağır döyüş yolu keçmiş taborun şəxsi heyəti Tərtərdəki Şəhidlər abidə kompleksi, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstlərini ziyarət ediblər. Sonra rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin Qarabağ müharibəsi veteranları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Bundan sonra Tərtər rayon Mədəniyyət Mərkəzində “Babək 44” taboru haqqında çəkilmiş film nümayiş olunub.

Taborun üzvü, ehtiyyatda olan zabit Nazim Quliyev çıxış edərək, "Babək-44" taboru və film haqqında məlumat verib. Bildirib ki, 1992-ci ildə yaradılmış 703 saylı hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş “Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlığa seçilib. Tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 174 şəhid və itkin verib. Taborun döyüşçülərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yeddi nəfər “Azərbaycan Bayrağı” ordeni, iki nəfər "Hərbi Xidmətlərə görə" medalı ilə təltif edilib.

Sonra filmə baxış olub. Filmdə taborun yaranma tarixi, keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, döyüşdüyü əsas ərazilər barədə məlumat verilir. Filmin çəkilişləri zamanı Dağlıq Qarabağ uğrunda, Ağdərə ətrafında gedən döyüş kadrlarından, həmçinin döyüşlərdə iştirak etmiş şahidlərin, komandirlərin, şəhid valideynlərinin müsahibələrindən istifadə olunub.

Tədbir iştitirakçıları, həmçinin "N" saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşüblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında keçmiş döyüşçülərin görüşünün təşkil edilməsini və “Babək 44” taboru haqqında çəkilmiş filmin əhəmiyyətini yüksək qiymətləndirib, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından, xalqla ordunun monolit birliyindən bəhs edib.

"Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri Firudin Məmmədov, "Babək 44" taborunun ilk komandirləri Elxan Qəniyev, Abukər Mirzəyev və başqaları çıxış edərək, taborun keçdiyi şərəfli döyüş yolundan, Azərbaycan ordusunun qüdrətindən danışıblar. Çıxışlarda hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda hər an müqəddəs savaşa hazır olduğu bildirilib.

Tədbirdə xidmətdə fərqlənən hərbi qulluqçulara və "Babək 44" taborunun keçmiş döyüşçülərinə fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbir Həzi Aslanov adına ordu ideoloji və mədəniyyət mərkəzinin mahnı və rəqs ansamblının, Gəncə qarnizonunun ideoloji və mədəniyyət mərkəzinin və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam edib. Sonda hərbi hissəninin şəxsi heyəti ilə birgə nahar olub.

"Babək 44" taborunun keçmiş döyüşçüləri ön xəttə gedərək, səngərdə xidmət edən əsgər və zabitlərlə də görüşüblər.

Elgün Gəncimsoy
Fotolar: Nursəfa Mustafaoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Babək-44   Tərtər   Görüş  

“Babək 44”ün şəxsi heyətinin Tərtərdə görüşü təşkil edilib - FOTOLAR

2019/09/71674-6279312764.jpg
Oxunub: 2257     11:18     30 Sentyabr 2019    