Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya ordusunun mətbuat xidməti video yayımlayıb.
Silah daşıyan tanklar üzərində yerləşdirilən kameralarla ətraf əraziləri müşahidə etməyə, düşmənlərin yerini müəyyən etməyə və lazım olarsa atəş açmağa imkan verəcək.
“QinetiQ” tərəfindən hazırlanmış bu silahlar gələcəkdə istifadə ediləcək 70 hərbi avadanlığın sınaqdan keçirildiyi “Autonomous Warrior” təlimində sınaqdan keçirilib.
Ordunun “Gələcək Qoşunlarının İnkişafı” bölməsinin rəhbəri Kev Kopsey qeyd edib ki, Britaniya bu silahlar vasitəsilə insan gücünə ehtiyac olmadan ölümcüllüyə nail olacaq.
Ağalar Ağalarlı
Ordu.az