Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya xarici işlər naziri Ancelino Alfano bəyan edib.
“Sədrliyimiz çərçivəsində Ukrayna böhranı və uzanan münaqişələr, yəni Dağlıq Qarabağ, Dnestryanı ərazilər və Gürcüstana xüsusi diqqət göstərəcəyik. Bu məsələlər bizim üçün prioritet olacaq”, - deyə Alfano bildirib.
Alfano məlumat verib ki, yanvarın 30-31-də Ukraynada olacaq, feralın 1-də isə Moskvaya səfər edəcək və bu səfərlər çərçivəsində Ukrayna xarici işlər naziri Pakv Klimkin və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək, həmçinin bu gün Ukraynanın şərqində keçiriləcək ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələrinin iclasında iştirak edəcək.
Ağalar Qəribov
Ordu.az