ATƏT PA-nın prezidenti Qarabağı müzakirə edib

2018/01/294_1517037545.jpg
Oxunub: 4426     15:17     27 Yanvar 2018    
ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli və Avstriya Parlamentinin sədri Volfqanq Sobotka ATƏT məkanında həlli uzanmış münaqişələri müzakirə ediblər.

Ordu.az Trend-ə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər Cənubi Qafqazda həlli uzanmış münaqişələri, eləcə də humanitar, miqrasiya və terrorizm məsələlərini müzakirə ediblər.

G.Tsereteli görüşdə ATƏT parlamentarilərinin bu sahədə apardıqları işlər barədə də danışıb.

Qeyd edək ki, fevralın 22-23-də ATƏT-in Parlament Assambleyası Avstriyanın Vyana şəhərində 17-ci illik Qış İclası üçün toplanacaq. Hər il Vyanada təşkil edilən yığıncaq zamanı aktual məsələlər müzakirə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Qarabağ  


Bizi "telegram"da izləyin