Ordu.az xəbər verir ki, bunu ATƏT PA-nın prezidenti G.Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.
İclasda çıxış edən Sereteli həll edilməmiş münaqişələri xatırladıb: “Həll edilməmiş münaqişələri olan digər regionlara gəlincə, məsələn, mən Parlament Assambleyasının Beynəlxalq Katibliyi ilə birgə Ermənistan və Azərbaycana səfərə hazırlaşıram, həmçinin Moldovaya mümkün səfəri də nəzərdən keçirirəm".
Səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq. Onu ATƏT PA-nın Beynəlxalq Katibliyi müşayiət edəcək.
Ordu.az