Qarabağda erməni əsgəri kim öldürüb? - Valideynləri etiraz edir

2018/01/56456_1516957474.jpg
Oxunub: 1630     17:02     26 Yanvar 2018    
Ermənistan apellyasiya məhkəməsi orduda xidmət yoldaşı tərəfindən öldürülən əsgərin valideynlərinin şikayətini araşdırır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, apellyasiya məhkəməsi 2016-cı ilin mart ayında xidmət yoldaşı tərəfindən öldürülən erməni əsgəri Hovhannes Harutyunyan hüquqi varisinin şikayətini icraata qəbul edib.

Öldürülən əsgərin valideynləri ölüm işində ittiham olunan Mikayel Zakaryana qarşı verilən 10 il azadlıqdan mərhumetmə cəzasını yüngül hesab edirlər.

Rəsmi ittihama görə, Mikayel Zakaryan bilərəkdən avtomat silahdan 1 dəfə atəş açaraq əsgər yoldaşı Hovhanes Harutyunyanı öldürməkdə günahkar bilinir. Lakin Mikayel Zakaryan ona qarşı irəli sürülən ittihamda özünü günahkar hesab etmir. O, Hovhannes tərəfindən onun silahını zarafatla götürərkən atəş açıldığını iddia edir.

Xatırladaq ki, Hovhanes Harutyunyan 17 mart 2016-cı il saat 17:30-da Qarabağdakı qanunsuz birləşmələrdən birində ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməçni-əsgər   Qarabağ  


Bizi "telegram"da izləyin