Erməni əsgərini pəncərədən atıblar? - Valideynləri inanmır

2018/01/0aca735dbd02065ba2cae69f062d7f82213_151488242732432_1516466494we45_1516879879.jpg
Oxunub: 2030     19:31     25 Yanvar 2018    
Ermənistanın işğal altında olan Əsgərandakı qanunsuz hərbi hissəsində erməni əsgərinin özünü pəncərədən atmasına valideynləri inanmır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün özünü pəncərədən atan, orduda cəmi 8 gün xidmət edən İrəvan sakini, Ernest Hovhanisyanın atası Hovhanes Hovhanisyan işğal altında olan Əsgərana oğlunun yanına gedərkən, onu oğlunun özünü atdığı pəncərənin altına aparıblar.

Erməni əsgərinin atası yalnız 2-ci mərtəbənin pəncərəsini və yerdəki qan izini gördüyünü bildirir. Atası deyir ki, ona əvvəlcədən, övladının mənəvi-psixoloji vəziyyətinin pis olduğu vaxt yox, məhz hadisə baş verən günü 18 yanvar 2018-ci ildə zəng edərək xəbər veriblər. Yanvarın 20-də isə artıq Ernest Hovhanisyan İrəvan hospitalına təxliyyə edilib.

Hərbi hissədə baş verən hadisə barədə Ermənistan müdafiə nazirliyi ətraflı məlumat verməkdən yayınıb. Həmin gün mətbuatda Ernest Hovhanisyanın “damarlarımı doğrayacam, ama xidmət etməyəcəm” sözləri və son həftə hərbi hissənin psixoloqu, hüquqşunası tərəfindən onunla iş aparıldığı barədə məlumatlar yayıldı.

Bu məlumatların birtərəfli qaydada yayılması valideynlərini təəcübləndirib. Onu yaxşı əhval ruhiyyədə məclislə orduya yola saldıqlarını, hadisədən bir gün qabaq dostlardan birinin ona baş çəkdiyini və hər şeyin yaxşı olduğunu dediyni qeyd ediblər. 1 gün sonra isə belə bir hadisə baş verib.

Hazırda hospitalda olan erməni əsgəri başından ağır xəsarət alıb. Valideynləri yayılan məlumatlara inanmır. Anası, oğlunun Əsgərandakı hərbi hissədən və xidmətindən razı olduğunu, onu bu hərəkətə nəyin vadar edə biləcəyini anlamadıqlarını deyir. Onun onurğasında xəstəlik olduğuna görə, məhdudiyyətlə hərbi xidmətə yararlı olub. Hadisədən sonra heç bir vəzifəli şəxs onlara baş çəkməyib, baş vermiş hadisə ilə əlaqədar izahat verməyib.

Hazırda Ernestin valideynləri onun sağalmasını və Əsgərandakı hərbi hissədə baş verən hadisəyə aydınlıq gətirilməsini gözləyirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Yaralı   Dedovşina   Fərarilik  


Bizi "telegram"da izləyin