Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 24-də saat 01:00 işğal altında olan Ağdərənin Madagiz (Su Qovuşan) yaşayış məntəqəsinin sakini 1989-cü il təvəllüdlü A.S idarə etdiyi minik avtomobilini Talış yaşayış məntəqəsində qəza törədərək aşırıb.
Sürücü aldığı bədən xəsarətlərinə görə Ağdərədə yerləşən hərbi hospitala təxliyyə edildiyindən, onun hərbi qulluqçu olduğu ehtimal edilir.
Hadisə barədə ətraflı məlumat verilmir.
Alpər Mövludoğlu
Ordu.az