MN-dən açıqlama: Bölmələrimiz heç bir itki verməyib

2018/01/27292408_10215559798894725_1104571843_n_1516865535_1516865995.jpg
Oxunub: 4026     15:38     25 Yanvar 2018    
"Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədi ilə yaydığı xəbərin heç bir əsası yoxdur".

Bunu Ordu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib", - məlumatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin