Macarıstanlı səfir: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

2018/01/3456456456456_1516865521.png
Oxunub: 3886     15:32     25 Yanvar 2018    
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmalıdır.

Ordu.az “Azernews”a istinadən xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir, Macarıstanın münaqişənin dinc yolla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Diplomat xatırladıb ki, ötən ilin noyabrında “Şərq tərəfdaşlığı” sammitinin yekununda qəbul olunmuş bəyannamədə Avropa İttifaqı bir daha bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini ifadə edib:

“Sammit iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə nizamlanması üçün səyləri bərpa etməyə çağırıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Macarıstan   Qarabağ  


Bizi "telegram"da izləyin