Ordu.az xəbər verir ki, Ermənistan ordusunun zabitləri tərəfindən tabeçilikdə olanlara qarşı kobud rəftar və təhqirlər işğalçı orduda cinayətlərin durmadan artmasına səbəb olur.
İstər ermənistanlı sosial şəbəkə istifadəçilərinin, istərsə də valideyin məktublarında erməni zabitlərin nizamnamədən kənar münasibətlərindən bəhs edən yetərincə məlumatlar mövcuddur.
Bu günlərdə daha belə bir xəbər sosial şəbəkələrdə paylaşılıb. Məlumatda bildirilir ki, işğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində Valeri Mkrtçyanla onu təhqir edən zabit arasında dava baş verib. Təhqirlərə məruz qalan V. Mkrtçyanın zabit tərəfindən döyüldüyü də bildirilir.
Ordu.az