Ordu.az xəbər verir ki, bu günlərdə işğal altında olan Hadrut yaşayış məntəqəsində yerləşən düşmən ordusunun bölmələrindən birində növbəti cinayət hadisəsi baş verib.
Postda xidmət edən erməni əsgərlər arasında baş verən davadan sonra onlar silaha əl atıblar. Nəticədə Vanus Hovanisyan adlı hərbi qulluqçu xidmət yoldaşı tərəfindən güllələnib.
Hadisənin Ermənistandan çağırılan hərbi qulluqçularla Qarabağdan olan əsgərlər arasında baş verdiyi bildirilir. Cinayətdə iştirak edənlərdən birinin Yerevanın Arabkir hərbi komissarlığından hərbi xidmətə çağırıldığı məlumdur. Bu barədə post başçısı Amiryan bildirib və hərbi hissə komandiri Aram Hayiryan faktı təsdiqləyib.
Hazırda araşdırma aparılır.
Ordu.az