Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət çərçivəsində münaqişələrin tənzinlənməsi problematikası, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edib.
Məlumatda tərəflərin münaqişənin həlli problemlərinə toxuduqları, xüsusilə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə diqqət ayırdıqları qeyd olunur.
Bilmanı həmçinin Rusiya XİN-in ixtisaslaşmış şöbələrində qəbul ediblər. Orada Dağlıq Qarabağ və Ukraynanın şərqində mövcud olan vəziyyətin nizamlanması, o cümlədən BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.
Ağalar Qəribov
Ordu.az