Ordu.az xəbər verir ki, müəyyən məbləğ ödəməklə işğal altında olan ərazilərdə xidmətdən yayınmaq işğalçı orduda artıq adi hala çevrilib. Bu günlərdə Ermənistan ordusunda növbəti rüşvət qalmaqalı yaşanıb.
Belə ki, işğal altında olan ərazilərimizdə yerləşən hərbi hissələrdən birində xidmət edən kapitan Arayik Hovanesyan rüşvət verərək xidmət yerini Ermənistan müdafiə nazirliyinə dəyişib.
Ermənistanlı zabit belə bir vasitə ilə qardaşını da işğal altında olan ərazidə xidmətdən uzaqlaşdırmağa çalışıb. Kapitan A.Hovanesyan hazırda Dağlıq Qarabağda xidmətdə olan yüksək vəzifəli tanışına rüşvət verməklə, Madagiz yaşayış məntəqəsində kəşfiyyat xidmət rəisi vəzifəsində olan qardaşı baş leytenant Artur Hovanesyanın da xidmət yerini dəyişdirməyə cəhd edib. Lakin məsələnin üstü açıldıqdan sonra hər iki qardaş və vasitəçilik edən şəxs rüşvətalma maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Ordu.az