Ermənistan MN KİV-lərə təzyiq edir: Qarabağda əsgərlər işgəncələrə məruz qalır - DETALLAR

2018/01/488380204_s2342344_1509350495456456_1516604493.jpg
Oxunub: 2335     14:56     22 Yanvar 2018    
Ermənistan müdafiə nazirliyi işğal altında olan Qarabağda işgəncələrə məruz qalan əsgərindən imtina edib.

Ordu.az xəbər verir ki, yanvarın 19-da "forrights.am" saytında "Müqaviləli hərbi qulluqçu döyüldü və təhqir olundu" adlı məqalədən sonra erməni dövlət orqanları narahat olmağa başlayıb.

Hərbi polis, Ermənistan Müdafiə Nazirliyi, Qarabağdakı qanunsuz birləşmənin rəhbərliyi və hətta Qarabağın "ombudsmanı" döyüşən erməni əsgəri Edqar Hakobyanı axtarmağa başlayıb. Axtarılan hərbçi isə artıq heç kimə güvənmir və o, prokurorluğa müraciət edəcək.

Artıq Qarabağdakı qanunsuz birləşmənin "rəhbərliyi" erməni nəşrimizə geniş bir açıqlama verib. Onlar bir tərəfdən nəşri və digər kütləvi informasiya vasitələrini əsassız məlumatların yayılmasından çəkinməyə çağırır, digər tərəfdən isə məqalədə olan faktları tamamilə təsdiqləyiblər.

Qarabağdakı qanunsuz birləşmənin əsgəri Edqar Hakobyanın başına gələn hekayə haqqında məlumat verilib. Onun işğal altında olan Əsgəranda yerləşən N saylı hərbi hissədəki qeyri-insani münasibət görməsi, xidmət zaman böyrəklərində yaranan problem və bu səbəbdən döyüş növbətçiliyinə getməməsi, müalicə üçün müraciət etməsi və hərbi hissədə təzyiqlərə məruz qalması qeyd olunub. Bu barədə erməni əsgər dəfələrlə komandirinə müraciət etdiyini bildirib.

Lakin erməni komandir nəinki onun şikayətlərini dinləməyib, yazılı müraciətlərini cırıb atıb. Erməni komandir "ya döyüş mövqelərinə gedəcəksən, ya da mühakimə olunacaqsan" deyə onu hədələyib.

Hadisədən sonra Hakopyan xidmət yerini özbaşına tərk edib, lakin geri qaytarıldıqdan sonra bir neçə dəfə hərbi polis və istintaq idarəsinin başçısı tərəfindən döyülüb. Əslində, Hakobyan hərbi hissədə işgəncələrə məruz qalıb və təhqir olunub.

Qarabağdakı qanunsuz birləşmə rəhbərliyi işgəncə haqqında məlumatları inkar edir və onun pis rəftar olunmadığını deyir, bununla da özünü doğrultmaq üçün Hakobyanın pis bir əsgər olduğunu qeyd edir. Onun bir neçə dəfə xidmət yerinə gəlmədiyini, hərbi polis tərəfindən xidmət yerinə gətirildiyini və hərbi birləşmənin komandiri tərəfindən "izahat işi" aparıldığını qeyd edir.

"İlk dəfə olaraq 11 noyabr 2017-ci ildə xidmət yerinə gəlməyib. 13 noyabrda isə hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq, hərbi hissəyə gətirilib. Hərbi hissə komandiri tərəfindən Hakobyanla izahat işi aparılıb" - deyə açıqlamada qeyd olunur.
Bildiyimiz kimi, orduda "izahlı iş" geniş anlayışdır.

Əslində erməni əsgərin xidmətə gəlməməsinə əsas səbəb, onun dəfələrlə hərbi hissə "rəhbərliyi"nə problemləri ilə bağlı müraciət etməsi və nəticədə müraciətlərin gözardı edilərək onun yenidən işgəncələrə məruz qalması olub.

Ən maraqlısı isə Edqar Hakobyanın 2018-ci ildə Qarabağdakı qanunsuz birləşmə "rəhbəri" tərəfindən yanvarın 17-də hərbi xidmətdən azad edilməsi və ehtiyata göndərilməsidir.

Görünür, Edqar könüllü olaraq hərbi hissəni tərk edərək İrəvana gəlib. Müdafiə Nazirliyinə isə müraciət edərkən artıq o, xidmətdən azad edilib.

Beləliklə, işğal altında olan Qarabağda yerləşən qanunsuz erməni birləşmələrin özbaşınalıqlarının dərc olunmasından sonra Edqar Hakobyanla müqavilənin köhnə tarixlə pozulduğu və bununla da, başıpozuq erməni komandirinin özünü xilas etməyə çalışması aydın olur. Və nəticədə Ermənistan ordusu daha bir əsgərindən imtina edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq   İşgəncə-faktları  


Bizi "telegram"da izləyin